İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Noyabr

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Türkiyənin Antalya şəhərində təşkil edilmiş 83-cü Konqresi çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının Texniki Direktoru Natalya Bulanova ölkəmizin gimnastika tarixində ilk dəfə olaraq FİG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilmişdir. 

Bakı ilk dəfə olaraq Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatına ev sahibliyi etmişdir. Çempionatda Azərbaycan təmsilçisi, Mixail Malkin gümüş medal qazanmışdır.

Paytaxtımızda batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə ilk dəfə olaraq 28-ci Dünya Yaş Qrupları yarışları keçirilmişdir. Yarışda 32 ölkədən 650 idmançı iştirak etmişdir. Maqsud Mahsudov 13-14 yaş kateqoriyasında fərdi batut yarışlarının qalibi olmuşdur.