İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və AGF-nin Prezidenti Mehriban xanım Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olmuşlar.

İtaliyanın Pesaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qarışıq hərəkətlər proqramında gümüş, temp hərəkətləri proqramında isə bürünc medal qazanmışlar. Gənclər yaş qrupunda isə Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan ibarət qadın qrupumuz temp hərəkətlərində bürünc medala layiq görülmüşlər.  

Yaponiyanın Kitakyuşu şəhərində təşkil olunmuş bədii gimnastika üzrə Dünya Çempionatı çərçivəsində Beynəlxalq Gimanstika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvlüyünə keçirilən seçkilərdə bədii gimnastika tarixində ilk dəfə olaraq təmsilçimiz Siyana Vasileva Atletlər Komissiyasının üzvü seçilmişdir.