Ölkəmizdə ilk dəfə olaraq TeamGym üzrə 15-ci Avropa Çempionatı keçirilmişdir.
Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova yenidən Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilmişdir.
Bəhreyn Krallığının Manama şəhərində keçirilən “Bəhreyn-2024 Gimnaziada İdman Oyunları” yarışında iştirak edən gimnastımız Məryəm Topçubaşova (aerobika gimnastikası) bürünc medal, qrup hərəkətləri proqramında isə gimnastlarımız (bədii gimnastika) gümüş medal qazanmışlar.
Bədii gimnastika üzrə yarışlarda çoxnövçülük üzrə Şəms Ağahüseynova gümüş və bürünc medal, Sofiya Məmmədova bürünc medal, fərdi proqramda Sofiya Məmmədova qızıl və gümüş medal sahibi olmuşlar.