İdman

gimnastikadan

başlayır

“TeamGym” üzrə 15-ci Avropa çempionatı

“TeamGym” üzrə 15-ci Avropa çempionatı

Yarış haqqında


Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqət mərkəzlərindən birinə çevriləcək. Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa  çempionatı keçiriləcək. Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları  Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişaf edən növ üzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğular yaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkar idmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusunun nümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olan şəxslərdir. Sizi bu idman festivalından, yüksək titullar uğrunda mübarizədən, izləyənləri valeh edəcək canlı rəqabətdən zövq almağa dəvət edirik.

Artıq on dörd ölkənin nümayəndələri Avropa çempionatında iştirak etmək üçün qeydiyyatdan keçib. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər. Bakıya 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla ümumilikdə 498 idmançı gələcək. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək. Hər birinizi bu idman şousunu izləməyə dəvət edirik. Bu idman bayramının bir hissəsi olmaq şansını qaçırmayın. Yarışın biletlərini aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

https://iticket.az/en/events/sport/the-15th-european-teamgym-championships

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Vacib sənədlər

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN

İştirakçılar

Nəticələr