İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 27-ci Bakı Birinciliyi

Bədii gimnastika üzrə 27-ci Bakı Birinciliyi

Yarış haqqında

Gimnastika növünün ən zərif nümayəndələri mart ayında keçirilən Azərbaycan birinciliyindən sonra daha bir yerli yarışda, mayın 3 və 4-də keçiriləcək 27-ci Bakı birinciliyində qüvvələrini sınayacaqlar. 
Milli Gimnastika Arenasında keçiriləcək yarışda 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast qüvvəsini sınayacaq. 
Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparacaqlar.  
İki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Milli Gimnastika Arenasının qapıları Bakı birinciliyində də tamaşaçıların üzünə açıq olacaq. Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən son üç yarışda olduğu kimi, gimnastikasevərlər paytaxt birinciliyində də zəriflərin həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə edəcəklər. 
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

 

Faydalı məlumatlar

Nəticələr