İdman

gimnastikadan

başlayır

Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi

  Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası yerli yarış həyəcanına start verir. Federasiyanın bu il təşkil edəcəyi ilk yarış batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi olacaq.
Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 110-dək idmançı qüvvəsini sınayacaq.
Yarışda  “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və  Gürcüstanın batut gimnastikası üzrə milli komandasının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (Gürcüstan) gimnastları da qoşulacaqlar.
Yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Gimnastların həyəcanlı çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti 5 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.

Yarışların başlama vaxtı:
15 fevral - 10:00
16 fevral - 12:00
Ünvan: Bakı Olimpiya İdman Kompleksi
Bakı şəh., Olimpiya küç., 7
Tel.: +99412 465 2274

 

Vacib sənədlər

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr

Nəticələr - 15.02

Nəticələr - 16.02