İdman

gimnastikadan

başlayır

Batut gimnastikası üzrə 6-cı və Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Batut gimnastikası üzrə 6-cı və Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Yarış haqqında


Ötən il bir sıra mötəbər beynəlxalq yarışları uğurla təşkil edən Azərbaycan Gimnastika Federasiyası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranan iki illik fasilədən sonra yerli yarışlar mövsümünə start verir. 
Yanvarın 29-da ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilin ilk yarışı olacaq. 
Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançının iştirakı gözlənilir. 
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır. 

Məlumat üçün bildirək ki, Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının ardınca ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə daha 3 milli yarış keçiriləcək.

Qeyd edək ki, yarışları www.gymtv.online (https://gymtv.online/) internet səhifəsindən canlı izləyə bilərsiniz.

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr