İdman

gimnastikadan

başlayır

İlin ilk yarışı  uğurla yekunlaşıb 

29 yanvar 2022

 İlin ilk yarışı  uğurla yekunlaşıb 

Yanvarın 29-da Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib. Yarışda ümumilikdə batut üzrə 33, tamblinq üzrə 21 idmançı qüvvəsini sınayıb. 
Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparıblar. 
Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilib. Qeyd edək ki, ötənilki beynəlxalq yarışlarda olduğu kimi, Azərbaycan birinciliyi və Bakı çempionatında da KİV nümayəndələri onlayn qaydada istədikləri gimnastdan müsahibə almaq imkanı əldə ediblər. 
Yarışın yekun nəticələri ilə agf.az saytında tanış ola bilərsiniz.
Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə daha 3 milli yarış keçiriləcək.