AZE
İdman gimnastikadan başlayır

Aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları

May ayında Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edəcək.

Sayca 9-cu olan bu yarışlar 8-10 may tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

İlkin qeydiyyat siyahısına əsasən bu yarışda iştirak etmək üçün 35 ölkədən 735 idmançının ölkəmizə səfər edəcəyi gözlənilir.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Gənc gimnastların həyəcanlı və eyni zamanda inamlı çıxışlarını izləmək üçün yaxın günlərdə satışa çıxarılacaq biletləri arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə biləcəksiniz​. Təsnifat günləri üçün biletin qiyməti 8 və 10 manat, final günləri üçün isə 10 və 12 manat təşkil edəcək.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/)  əks olunacaq.

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası