16 fevral 2016
Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokundan həmişəki kimi yalnız yaxşı nəticələr gözləyirik, bunu “Trend” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasının Baş məşqçisi Nina Pravdina deyib.
Onun sözlərinə görə, hazırda gimnastlar yarışa 70-80 faiz hazırdırlar: "Lakin bizi qarşıda hələ yarışlara hazırlıq baxımından ən gərgin həlledici həftə gözləyir. Buna görə də Kubok zamanı yaxşı formada olmağa çalışırıq. Qızların cüzi zədələri var, lakin dözürük, müalicə alırıq və çalışırıq".
O, Milli Gimnastika Arenasının Kuboka çox gözəl hazırlaşdığını vurğulayıb: "Hazırlıq gücləndirilmiş tepmlə gedir və yarışlar çox maraqlı keçəcək. Açılış hissəsi yarışların ən yaxşıl hissələrindən biri olacaq. Ümumilikdə isə bu, Dünya Kubokunun ən yaxşı mərhələsi olacaq, çünki mənə elə gəlir ki, heç kəs Azərbaycandan daha yaxşısını keçirməyib. Burada hazırlıq yüksək səviyyədə aparılır".
Baş məşqçi qeyd edib ki, gimnastlar proqramlarını mürəkkəbləşdiriblər: "Müxtəlif hündürlükül qollar və gimnastika tiri üzərində hərəkətlərə əlavələr etmişik, hələ sərbəst hərəkətlərə də bəzi düzəlişlər etmək lazımdır, lakin onlar köhnə proqram üzrə olacaq. Dünya Kubokunda komanda hesabı olmayacaq. Marina Nekrasova bütün 4 alətdə çıxış nümayiş etdirəcək, Yuliya İnşina 3 növdə - müxtəlif hündürülükül qollar, gimnastika tiri və sərbəst hərəkətlər, Mariya Smirnova isə dayaqla tullanma hərəkətlərini nümayiş etdirəcək".
O əlavə edib ki, qarşıda Azərbaycan gimnastlarını Dünya Kubokunun daha bir mərhələsi, Rio-de-Janeyroda Test Turniri və Avropa Çempionatı gözləyir.
“Trend” İnformasiya Agentliyi, 15 fevral 2016-cı il