İdman
gimnastikadan
başlayır
06 noyabr 2026
4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən Dünya çempionatında tamblinq üzrə milli komandamız növbəti tarixi uğura imza atıb.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komandamız komanda hesabında təsnifat mərhələsini lider kimi başa vuraraq finala birinci pillədən vəsiqə qazanıb. Həlledici mərhələdə də yüksək səviyyəli və inamlı çıxış nümayiş etdirən gimnastlarımız liderlik mövqeyini qoruyaraq Dünya çempionatının qızıl medalına sahib çıxıblar.
Finalda ümumilikdə 25 xal toplayan Azərbaycan millisi ən yaxın rəqibi Danimarka komandasını 1 xal, ABŞ-ni isə 5 xal qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bu qələbə millimizin tamblinq üzrə Dünya çempionatlarında qazandığı ardıcıl uğurların davamı olub. Belə ki, komandamız 2023 və 2025-ci illərdə də komanda hesabında Dünya çempionu titulunu qazanmışdı. Nankində əldə olunan növbəti qızıl medal ilə təmsilçilərimiz bu uğuru üçüncü dəfə təkrarlayaraq üçqat Dünya çempionu adına sahib olublar.
Beləliklə, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət Azərbaycan komandası dünya tamblinqində öz gücünü bir daha təsdiqləyərək ölkəmizə növbəti böyük uğuru qazandırıb.