İdman

gimnastikadan

başlayır

“Azərbaycan milli komandasına uğurlar arzulayıram”

24 fevral 2024

“Azərbaycan milli komandasına uğurlar arzulayıram”

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman Milli Gimnastika Arenasında qonaq olub. O, Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak edən Əlcəzair milli komandasının üzvləri ilə görüşüb, onlara uğurlar arzulayıb. Səfir daha sonra yarışla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb.
- Azərbaycan beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunu izləmək məndə xoş təəssüratlar yaratdı. Mən ikinci dəfədir ki, Milli Gimnastika Arenasına gəlirəm. Bina möhtəşəmdir, kompleks heyrətamizdir. Əlcəzair komandasına, eyni zamanda, gimnastikada ənənələrə malik Azərbaycan milli komandasına uğurlar arzulayıram. Mənim sevimli idman növüm futboldur. Azərbaycanda “Qarabağ”ı dəstəkləyirəm və komandanı Avrokubokda uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Yeri gəlmişkən qeyd edim ki, əlcəzairli Yassin Benzia da “Qarabağ”da oynayır və onun uğurları məni sevindirir.