İdman

gimnastikadan

başlayır

“Yarışda rəqabət kifayət qədər güclü idi”

13 mart 2023

“Yarışda rəqabət kifayət qədər güclü idi”

Ölkəmizdə idman gimnastikası üzrə keçirilən Dünya kubokunda kişilər arasında dəstəli at proqramında qızıl medal qazanan Qazaxıstan təmsilçisi Nəriman Qurbanov qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

- 4 ay bundan əvvəl keçirilən sonuncu dünya çempionatında 4-cü olmuşdum. Dekabrda bir ay istirahət etdikdən sonra builki yarışlara hazırlaşmağa başladım. Almaniyada keçirilən Dünya kubokunda səhvə yol verdiyim üçün bürünc medal qazandım. Sonra Qətərə yollandım və orada qızıl medal qazandım. Onun ardınca Bakıya qayıtdım və burada yenidən çempion oldum. Artıq 5-ci ildir ki buraya gəlirəm. Ötən il burada keçirilən Dünya kubokunda da qızıl medal əldə etmişdim. Burada insanlar çox səmimi və qonaqpərvərdirlər. Hər zaman kömək etməyə hazırdırlar. Arenada yüksək səviyyəli şərait mövcuddur. Qarşıda məni Misirdə keçiriləcək Dünya kuboku, daha sonra isə Asiya çempionatı, Yay Universiadası, Asiya Oyunları və dünya çempionatı gözləyir. Son Dünya kuboklarında kifayət qədər reytinq xalları topladığıma görə yeni kombinasiyaları sınaqdan keçirəcəyəm. Yarışda rəqabət kifayət qədər güclü idi. İştirakçılar arasında ötən ilin dünya çempionu, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı da yer almışdı.