İdman

gimnastikadan

başlayır

Portuqaliyadan uğurlu nəticələr

08 iyul 2025

Portuqaliyadan uğurlu nəticələr

5-7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə milli komandamızın üzvləri iştirak edərək uğurlu nəticələr göstəriblər. 

Batut gimnastikası üzrə fərdi proqramda:
Selcan Mahsudova - 54.720 xal, I yer
Məhəmməd Həsənli - 47.410 xal, I yer
Aylin Ağazadə - 45.270 xal, III yer

İkili-mini batut proqramı üzrə:

Fərhad Mustafayev - 22.000 xal, II yer

Tamblinq üzrə:
Sənan Rzazadə - 85.600 xal, I yer
Hüseyn Əsədullayev - 23.500 xal, II yer

 

Gimnastlarımızı bu nailiyyətlər münasibətilə təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!