İdman
gimnastikadan
başlayır
18 iyul 2025
Akrobatika gimnastikası üzrə gimnastlarımız Murad Rəfiyev və Daniel Abbasov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2025-ci il Dünya kuboku seriyasının qalibi elan ediliblər.
Kişi cütlüyümüz bu mövsüm ərzində Purs (Belçika), Burqas (Bolqarıstan), Bakı (Azərbaycan) və Jeşuv (Polşa) şəhərlərində keçirilən Dünya kuboku mərhələlərində iştirak edərək stabil və yüksək nəticələr göstəriblər. Ümumilikdə toplanan xallar nəticəsində seriya üzrə ən yüksək nəticəyə sahib olublar.
Gimnastlarımızı bu uğur münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!