İdman
gimnastikadan
başlayır
12 iyun 2025
Akrobatika gimnastikası üzrə Ukrayna milli komandasının gimnastı Alina Puhaç ilə müsahibəni sizə təqdim edirik.
Zəhmət olmasa, özünüzü təqdim edin.
- Mən Alina Puhaç, Ukraynanın akrobatika gimnastikası üzrə milli komandasının üzvüyəm.
Təlim-məşqləriniz necə keçir?
- Hazırda məşqlərimiz çətin keçir. Gündə iki dəfə məşq edirik. Dünya kubokunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edirik.
Bakı haqqında nə deyə bilərsiniz?
- Bakını ilk dəqiqələrdən sevdim. Şəhərdə gəzərkən onun necə rəngarəng və maraqlı olduğunu görürəm. Bu, mənim üçün gözəl bir təcrübədir.
Akrobatika gimnastikası sizin üçün nə ifadə edir?
- Akrobatika gimnastikası mənim həyat tərzimdir.