İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Dünya kubokunun finalında

28 iyun 2026

Gimnastlarımız Dünya kubokunun finalında

26–29 iyun tarixlərində Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilir.

Yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsində gimnastlarımıza uğurlar arzulayırıq!