İdman

gimnastikadan

başlayır

Batutçularımız Dünya kubokunda

27 iyun 2026

Batutçularımız Dünya kubokunda

23-28 iyun tarixlərində İsveçrənin Aroza şəhərində batut gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda Azərbaycanı böyüklər yaş kateqoriyasında Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər. Selcan Mahsudova fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə həm fərdi, həm də kişi sinxron proqramında mübarizə aparıblar.

Təsnifat mərhələsində Selcan Mahsudova 49.670 xal toplayaraq 14-cü sırada qərarlaşıb.

Kişilərin fərdi proqramında çıxış edən Maqsud Mahsudov təsnifat mərhələsini 59.500 xalla 7-ci pillədə başa vuraraq finala yüksəlib. Final mərhələsində isə 45.800 xal toplayaraq yarışı 6-cı yerdə tamamlayıb. Digər təmsilçimiz Hüseyn Abbasov isə 20.000 xalla 52-ci sırada qərarlaşıb.

Kişilərin sinxron proqramında çıxış edən Hüseyn Abbasov və Maqsud Mahsudov təsnifat mərhələsində 52.120 xal toplayaraq 4-cü yerdən finala vəsiqə qazanıblar. Final mərhələsində isə 44.390 xalla 8-ci pillədə qərarlaşıblar.

Beləliklə, Azərbaycan gimnastları Dünya kubokunda mübarizəni başa vurublar. İdmançılarımıza qarşıdakı yarışlarda yeni uğurlar və yüksək nəticələr arzulayırıq.