İdman

gimnastikadan

başlayır

"Bu uğuru öz ölkəmə və bir ildən çoxdur ki, məndən medal gözləyən oğluma həsr edirəm"

21 fevral 2023

Ölkəmizdə batut gimnastikası üzrə keçirilən Dünya kubokunun sinxron proqramda qalibi, Qazaxıstan təmsilçisi Pirməmməd Əliyev qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

Dünyanın ən güclü idmançıları ilə mübarizə apararaq qalib gəlmək mənim üçün çox xoşdur. Qonaqpərvərliyə görə Azərbaycan Gimnastika Federasiyasına öz təşəkkürümü bildirirəm. Hər bir şey yüksək səviyyədə idi. Buradan gözəl təəssüratlarla ayrılıram. Qarşıda bizi Dünya kubokunun mərhələ yarışları və ilin sonunda keçiriləcək dünya və Asiya çempionatı gözləyir. Məni dəstəkləyən hər kəsə, valideynlərimə təşəkkür edirəm. Bu uğuru öz ölkəmə və bir ildən çoxdur ki, məndən medal gözləyən oğluma həsr edirəm.