İdman

gimnastikadan

başlayır

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının təşkili fantastikdir - Bolqar gimnast

28 may 2021

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının təşkili fantastikdir - Bolqar gimnast

"Bakıda aerobika gimnastikası üzrə dünya çempionatının təşkili fantastikdir", bunu Bolqarıstan gimnastı Ana-Mariya Stoilova deyib.

O, gözəl çempionata görə, təşkilat komitəsinə təşəkkürünü bildirib: "Podiuma qayıtmaqdan, burada olmaqdan çox xoşbəxtəm. Öz çıxışımı təqdim etməkdən məmnunluq duyuram. Baxmayaraq ki, hər şey istədiyim kimi alınmadı, növbəti dəfə daha yaxşı çıxış etməyə çalışacağam".

Gimnast bildirib ki, Bakıya ilk gəlişi deyil və əvvvəllər şəhərin görməli yerləri ilə tanış olub.

"Trend" İnformasiya Agentliyi, 28 may, 2021-ci il