İdman

gimnastikadan

başlayır

Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova

12 may 2021

Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova

"Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir. Əlbəttə, doğma Milli Gimnastika Arenamızın divarları daxilində çıxış etmək çox məsuliyyətli və şərəflidir", bunu Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı, Azərbaycan idmançısı Arzu Cəlilova deyib.

A.Cəlilova bildirib: "Ümumiyyətlə bugünkü çıxış yaxşı keçdi, əlbətdə proqramı daha yaxşı icra edə bilərdim. Məsələn, halqa ilə hərəkətlərdə bəzi səhvlərə yol verdim, amma hər başlanğıcda bacarıqlarımı inkişaf etdirməyə çalışıram. Sabah yarışın ikinci günündə yaxşı nəticə göstərməyə çalışacağam".

Bakıdakı yarışlar Arzu Cəlilova üçün bu il üçüncü Dünya Kuboku oldu. İdmançı vurğulayıb ki, onun böyük kimi ilk startı 2020-ci ilin sonunda Kiyevdə keçirilən Avropa çempionatında baş tutub:

"O startdan bəri güc və həvəsim artıb. Düşünürəm ki, daha bir Dünya Kuboku və Avropa çempionatının da daxil olduğu qarşıdakı yarışlarda proqramım dəyişəcək, çünki hər başlanğıcda elementlərin mürəkkəbliyini artırmağa çalışırıq".

"Trend" İnformasiya Agentliyi, 7 may, 2021-ci il.