İdman

gimnastikadan

başlayır

Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir

03 Mart 2020

Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir

Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında məqsədyönlü inkişaf strategiyasının nəticəsidir.

Bunub Trend-ə Beynəlxalq Gimanstika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Azərbaycan Gimnastika Federasiyasının (AGF) “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birinci olması ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb və ölkə idmanın bu növü üzrə keçirilən nüfuzlu beynəlxalq yarışların uğurlu təşkilatçısı sayılır.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birincidir.

2019-cu ilin nəticələrinə əsasən AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib.

Ötən il federasiya tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.

Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.