İdman

gimnastikadan

başlayır

Siyana Vasileva: “Çalışacağıq ki, uğurlu nəticəni növbəti yarışlarda da davam etdirək”

24 aprel 2022

Siyana Vasileva: “Çalışacağıq ki, uğurlu nəticəni növbəti yarışlarda da davam etdirək”

Bədii gimnastika üzrə Azərbaycan yığma komandanın məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Atletlər nümayəndəsi Siyana Vasileva ölkəmizdə bədii gimnastlika üzrə keçirilən Dünya kubokunda 1 qızıl, 1 gümüş medal qazanan komandamızın çıxışı ilə bağlı təəssüratlarını Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb. 
-Bakıda keçirilən Dünya kubokunda gimmnastlarımız 5 halqa ilə hərəkətlərin icrasına görə qızıl,  çoxnövçülük yarışlarında isə gümüş medal qazandılar. Bu, komandamızın 2022-ci ildə iştirak etdiyi ilk beynəlxalq yarış idi. Ümumilikdə komandanın çıxışından razı qaldım. Doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir. Azarkeşlər bizi çox böyük coşqu ilə dəstəkləyirdilər. Bu, bizim üçün çox xoş idi. Gimnastlarımız yaxşı çıxış etdilər. Çalışacağıq ki, uğurlu nəticəni növbəti yarışlarda da davam etdirək. Məqsədimiz qızıl medal qazanmaq idi. Sevindirici haldır ki, istəyimizə nail olduq. Əlbəttə ki, rəqiblərimiz güclüdür. Amma məğlub edilməyən komanda yoxdur. Yarışlar zamanı rəqibin titulu yox, onun həmin dövrə olan hazırlığı daha çox əhəmiyyət daşıyır.