23 noyabr 2009
Azərbaycan gimnastı Yekaterina Prokopenko Almaniyada keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olmuşdur.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, 12 yaşlı bakılı gimast şəxsi hesabda ikinci yer tutaraq, yalnız Rusiya gimnastı M.Koçetkovadan geri qalmışdır. Yığma komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə o, “gənc gimnastın çıxışlarından razı qalmışdır”. Birinci yeri tutmuş rus gimnast, 2010-cu il Avropa çempionatına hazırlaşır, qeyd etmək lazımdır ki, Katya onunla bərabər mübarizə aparırdi, deyə məşqçi qeyd etmişdir.
Həmin kateqoriyada və 1995-ci il yaş qrupunda Lalə Yusifova və Jalə Qaratova da yarışmışlar, lakin təəssüf ki, onlar final üçlüyə daxil ola bilməmişlər.
Prokopenkonun uğurunu yalnız Azərbaycanın yeniyetmə qrup komandası davam etdirmişdir. Bu, məşqçi korpusu tərəfindən yaradılmış 4 nəfərdən ibarət tamamilə yeni kollektivdir, və onların əsas məqsədi gələn il Bremendə Avropa çempionatında iştirak etmək və Sinqapurda Yeniyetmələr arasında Olimpiadaya vəsiqə qazanmaqdır.
Dördlüyün debütü baş tutmuşdur: Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva və Mədinə Həsənova (hamısı 1995-ci il təvəllüdlü gimnastlar) 4 lentlə hərəkətlərin yekununda üçüncü yeri tutmuşlar. Baş məşqçinin qeyd etdiyi kimi, qızlar daha yaxşı çıxış edə bilərdilər, lakin təcrübə çatışmamazlığı və çıxışlar zamanı həyəcan öz sözünü dedi. Bakıya gəldikdən sonra komanda lentlə hərəkətlərini yaxşılaşdıracaq və yeni hərəkət “öyrənəcək”. M. Vasilevanın sözlərinə görə bu, 4 halqadan ibarət olacaq.