İdman

gimnastikadan

başlayır

 İtaliyada Dünya çempionatının “gümüş” medalı

30 sentyabr 2024

 İtaliyada Dünya çempionatının “gümüş” medalı

Azərbaycanın qarışıq cütlüyü Vladimir Dolmatov & Mədinə Mustafayeva 27-29 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhərində keçirilmiş Aerobika gimnastikası üzrə Dünya çempionatında gümüş medal əldə edib. Cütlük öz kompozisiyasına görə təsnifat mərhələsində 20,050 xal toplayaraq finala yüksəlib, və finalda nəticəni yaxşılaşdıraraq, 20,300 xal toplayıb. Bu nəticə Azərbaycan təmsilçilərinə tarixdə ilk dəfə gümüş medalları qazandırdı. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük Braziliya, Ukrayna, İtaliya, Rumıniya və Çin cütlüklərini geridə qoydu. Birinci yeri Yaponiya idmançıları əldə etdi. Bu nəticə həm də cütlüyə 7-17 avqust 2025-ci il tarixlərində Çinin Çenqdu şəhərində keçiriləcək Ümumdünya Oyunlarında iştirak etmək hüququ verdi. Aerobika gimnastikası üzrə təmsilçilərimizi bu tarixi uğur münasibətilə təbrik edirik.