İdman

gimnastikadan

başlayır

…İDMAN GİMNASTLARI İSƏ RUSİYADA BİRİNCİDİRLƏR

03 noyabr 2013

…İDMAN GİMNASTLARI İSƏ RUSİYADA BİRİNCİDİRLƏR

İdman gimnastları da müvəffəqiyyətlə çıxış ediblər. Vladimirdə (Rusiya) keçirilmiş turnirdə milli komandanın üzvləri Kamran Hacıyev (1998-ci il təvəllüdlü) və Anton Yaşin (1997-ci il təvəllüdlü) 4 qızıl və 3 gümüş medala sahib çıxıblar.

Hakimlər Kamran Hacıyevi turnikdə, təkanla tullanma və parallel qollar üzrə finallarda ən yaxşı gimnast seçiblər. O, sərbəst hərəkətlər və halqalarda ikinci yerlə kifayətlənib. Sonuncu növündə Yaşin qələbə sevinci yaşayıb. Çoxnövçülüyə gəlincə, Anton ikinci, Kamran isə 4-cü yerlə kifayətlənib.