İdman

gimnastikadan

başlayır

“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Apellyasiya Komissiyasına üzvlüyə namizədlərin qəbulu

28 yanvar 2026

“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Apellyasiya Komissiyasına üzvlüyə namizədlərin qəbulu

“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyi (AGF), beynəlxalq qabaqcıl təcrübənin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi və idman sahəsində qərar qəbulu proseslərində şəffaflığın təmin edilməsi məqsədilə, AGF daxilində fəaliyyət göstərəcək Apellyasiya Komissiyasına üzvlərin seçilməsi prosesinə başlayır.
AGF, qərarlara apellyasiya qaydasında baxılması prosesinin beynəlxalq standartlara uyğun, obyektiv və qərəzsiz idarə olunmasını təmin etmək məqsədilə müvafiq ixtisas və peşəkar bacarıqlara malik müstəqil mütəxəssisləri namizədliyə müraciət etməyə dəvət edir. Seçilmiş namizədlər nəzərdən keçirildikdən sonra, namizədlikləri Federasiyanın növbəti Ümumi Yığıncağına təqdim ediləcəkdir.

Namizədlərə dair tələblər:
•    Hüquq sahəsində ali təhsil;
•    Ən azı 5 illik ümumi iş stajı;
•    Azərbaycan Respublikasının qanunvericiliyi üzrə ümumi biliklər və hüquqi sənədlərlə işləmə bacarığı;
•    Qərəzsizlik, obyektivlik, məxfilik və etik davranış prinsiplərinə riayət etmək öhdəliyi;
•    Kollegial qərarvermə prosesində iştirak etmək və hüquqi əsaslandırılmış mövqe formalaşdırmaq bacarığı;
•    Yazılı ərizə, müraciətlərin, şikayətlərin və sübutların obyektiv qiymətləndirilməsi üzrə analitik bacarıqlar.

Arzuolunandır:
•    Apellyasiya prosesləri, şikayətlərin araşdırılması və ya mübahisələrin həlli üzrə bilik və təsdiqedici sənədlərin təqdim olunması (sertifikatlar və s.);
•    İdman hüququ və beynəlxalq idman təşkilatlarının tələbləri üzrə məlumatlılıq.

Müraciət üçün tələb olunan sənədlər:
•    Ərizə;
•    Tərcümeyi-hal (CV);
•    Şəxsiyyət vəsiqəsinin surəti;
•    Təhsil sənədlərinin surəti (diplom mövcuddursa);
•    Əlaqə məlumatları (telefon, elektron poçt).

Müraciətlər 28.01.2026-cı il tarixdən 06.02.2026-cı il tarixinədək info@agf.az ünvanına göndərilməlidir. Mövzu hissəsində “Apellyasiya Komissiyasına namizədlik” yazılması xahiş olunur.