28 dekabr 2009
Azərbaycanın gənc gimnastı Səbinə Hümmətova Stavropol diyarının Açıq birinciliyində bürünc medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, Bakı Gimnastika Məktəbinin yetirməsi 1999-cu il təvəllüdlü idmançılar arasında mübarizədə üçüncü yeri tutmuşdur. Yeni il ərəfəsində Səbinə Hümmətova Rusiyada keçiriləcək daha bir turnirdə iştirak edəcəkdir.
Dekarın 30-da isə Bakıda, Olimpiya İdman Kompleksində “2009-cu ilin xoşbəxt yekunu” adlı gimnastların Yeni il şənliyi keçiriləcəkdir. Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva bildirib ki, böyüklərdən və yeniyetmələrdən ibarət qrup komandalar, fərdi gimnastlar, ən yaxşı idman gimnastları və akrobatlar öz bayram proqramlarını tamaşaçılarına təqdim edəcəklər. “Əlbəttə ki, sürprizlər də olacaq – hansı bayram şənliyi elə-belə keçir? Amma mən sizə heç deməyəcəyəm hansı sürprizlər olacaq – gələrsiz görərsiz!”, sitatın sonu.