İdman

gimnastikadan

başlayır

“Dutch Trampoline Open 2022”- dən 1 qızıl, 2 gümüş 

21 mart 2022

“Dutch Trampoline Open 2022”- dən 1 qızıl, 2 gümüş 

Martın 19-u və 20-də Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2022” yarışı keçirilib. 16 ölkənin iştirakı ilə təşkil edilən yarışda ölkəmizi yığma komandanın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Nicat Mirzəyev təmsil ediblər. Batutçularımız uğurla çıxış edərək ölkəmizə 1 qızıl, 2 gümüş medal qazandırıblar. Gimnastımız Nicat Mirzəyev 51.985 xalla bütün rəqiblərini üstələyərək çempion olub. Selcan (52.530 xal) və Maqsud (45.940 xal) Mahsudovlar müvafiq olaraq gümüş medallara layiq görülüblər.