İdman

gimnastikadan

başlayır

“Gimnastika hamı üçün” növü üzrə 1-ci milli onlayn festival

22 mart 2021

“Gimnastika hamı üçün” növü üzrə 1-ci milli onlayn festival

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Gimnastika hamı üçün” növü üzrə ilk milli onlayn festival baş tutub.

19 martda keçirilmiş onlayn festivalda 17 komanda öz çıxış proqramını təqdim edib. Bu komandalar arasında Masallı, Lənkəran, Zaqatala, Göyçay, İsmayıllı, Mİngəçevir və Ağdaş təmsilçiləri də yer alıb.

6-16 yaş kateqoriyasında “Piratlar” komandası, 16-30 yaş kateqoriyasında “The Legends” komandası və 50 yaş və daha böyük yaş kateqoriyasında “Young and Beauty” komandası qalib olub.

Gimnastika yüksək səviyyəli yarışların keçirildiyi idman növü olmaqla yanaşı, bütün idman növlərinin əsasını təşkil edir. Ölkəmizdə “Gimnastika hamı üçün”-ə aid ilk milli tədbir 2010-cu ildə Yeni İl ərəfəsində təşkil olunmuş nağıl-tamaşa hesab olunur. Həmin ildən etibarən ənənəvi olaraq hər ilin sonunda FIG tərəfindən tanınan gimnastikanın 6 yarış növləri üzrə Azərbaycan yığma komandalarının gimnastları, məşqçiləri, xoreoqrafları “Gimnastika hamı üçün” adı altında birləşərək yadda qalan çıxışlar nümayiş etdirirlər.