İdman

gimnastikadan

başlayır

“Little Tigers Cup” turniri uğurlu çıxışla yadda qalıb 

04 mart 2023

“Little Tigers Cup” turniri uğurlu çıxışla yadda qalıb 

2-4 mart tarixlərində Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə “Little Tigers Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi yeniyetmə gimnastlarımız təmsil ediblər. 
Beynəlxalq idman karyeralarında ilk addımlarını atan təmsilçilərimiz uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, kiçikyaşlı gimnastlarımızın yarışda qazancı 1 qızıl, 4 gümüş, 3 bürünc medal olub. 
Komandamızın üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib çıxıb. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.