İdman

gimnastikadan

başlayır

“Ocaq Sport” Klubu hər kəsi “Gimnastika hamı üçün” bölməsinə dəvət edir

12 dekabr 2019

“Ocaq Sport” Klubu hər kəsi “Gimnastika hamı üçün” bölməsinə dəvət edir

Sağlam, eyni zamanda güclü olmaq, hər zaman yaxşı formada qalmaq və boş vaxtınızı ailəliklə əylənərək keçirmək istəyirsiniz!?

O zaman bizə Qoşulun!

“Ocaq Sport” Klubu aktiv, sağlam və güclü olmaq istəyən qız və oğlanları, eləcə də qadın və kişiləri “Gimnastika hamı üçün” bölməsinə dəvət edir.

“Gimnastika hamı üçün” yaşından, cinsindən və bacarıqlarından asılı olmayaraq hər kəsin idman növüdür. Bu növ uşaqları uzun-müddətli idman fəaliyyətinə hazırlamaq və həyat bacarıqlarını inkişaf etdirmək, orta yaşlı insanlar üçün isə formada qalmaq və orqanizmi əyləncəli gimnastika hərəkətləri ilə möhkəmləndirmək üçün mükəmməl bir vasitədir.

Odur ki, övladlarınızı “Gimnastika hamı üçün” bölməsinə gətirin və özünüz də vaxtınızı boşa sərf etmədən gimnastika ilə məşğul olun!

Uşaqlarınıza və özünüzə idmanda doğru başlanğıc verin!

Məşqlər həftənin 1 və 3-cü günləri saat 19:00-dan 20:00-dək, 6-cı günü isə 16:00-dan 17:00-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Bu məşqlərin qiyməti uşaqlar üçün 80 AZN, böyüklər (18 yaş və daha böyük) üçün 100 AZN, uşaq və valideyn birgə qatıldıqda isə endirimli qiymət 160 AZN təşkil edir.

Yaşından asılı olmayaraq hər kəsin yolunu gözləyirik.

Əlavə məlumatı (+99455) 949 66 88 əlaqə nömrəsi vasitəsilə və www.ocaqsport.az saytından əldə edə bilərsiniz.