İdman

gimnastikadan

başlayır

“Parkur həftəsi”ndən "bürünc" medal

14 avqust 2023

“Parkur həftəsi”ndən

5-13 avqust tarixlərində Rusiyanın Krasnoyarsk şəhərində “Parkur həftəsi” adlı beynəlxalq festival keçirilib. Festivalda ölkəmizi parkur üzrə Azərbaycan yığma komandasının üzvləri İsrafil Alıyev, Mirəli Miriyev və Rəsul Axundov təmsil ediblər.
Festival çərçivəsində müxtəlif müsabiqə və yarışlar təşkil olunub. Parkur üzrə orta kateqoriya üzrə keçirilən yarışda komandamızın üzvü Rəsul Axundov “Freestyle” proqramında bürünc medala layiq görülüb.