İdman

gimnastikadan

başlayır

“Plovdiv kuboku”nda uğurlu çıxış

10 oktyabr 2023

“Plovdiv kuboku”nda uğurlu çıxış

Oktyabr ayının ilk beynəlxalq uğuruna aerobika gimnastikası üzrə təmsilçilərimiz imza atıblar. 6-8 oktyabr tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş “Plovdiv kuboku”nda  ölkəmizi aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Məryəm Topçubaşova, Sənəm Kazımova, Aylin Əliyeva və Dilarə Qurbanova təmsil ediblər. Gimnastlarımız Vladimir Dolmatov və Mədinə Mustafayeva cütlük proqramında gümüş medala sahib çıxıblar. Fərdi proqramda da qüvvəsini sınayan Vladimir bürünc medal qazanıb. Qeyd edək ki, bu yarışın ardınca böyüklərdən ibarət komandamızın üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva Rumıniyanın Buxarest şəhərinə yollanaraq, 13-15 oktyabr tarixlərində keçirilən Dünya kubokunda ölkəmizi təmsil ediblər. Vladimir Dolmatov təsnifat mərhələsində fərdi proqramda dördüncü, komnada yoldaşı Mədinə Mustafayeva ilə birlikdə qarışıq cütlük proqramında 6-cı pillədə qərarlaşaraq, finala vəsiqə qazanıb. Həlledici mərhələdə Vladimir təsnifat mərhələsindəki uğurunu təkrarlayaraq 4-cü olub. Təmsilçilərimiz qarışıq cütlük proqramında 7-ci pillədə qərarlaşıblar.