İdman

gimnastikadan

başlayır

“Qış kuboku” nun qızıl və gümüş medalı

10 dekabr 2022

“Qış kuboku” nun  qızıl və gümüş medalı

Dekabrın 8-dən 10-dək Almaniyanın Leverkuzen şəhərində bədii gimnastika üzrə 4-cü “Qış kuboku” keçirilib. 
Yarışda ölkəmizi  yığma komandamızın üzvü Alina Məmmədova, Leyli Ağazadə və Fidan Ələddinova təmsil edib. 
Yarışda ən yüksək nəticəni komandamızın üzvü  Leyli Ağazadə əldə edib. İdmançımız lentlə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. 
Digər gimnastımız Alina Məmmədova isə topla hərəkətlərin icrasında gümüş medala sahib çıxıb.