İdman

gimnastikadan

başlayır

“Qızıl Yaş” festivalının Qala gecəsində təmsilçilərimizin çıxışı

29 sentyabr 2024

“Qızıl Yaş” festivalının Qala gecəsində təmsilçilərimizin çıxışı


Sentyabrın 22-dən 27-dək Bolqarıstanın Burqas şəhərində “Gimnastika hamı üçün” növü üzrə “Qızıl Yaş” (Golden Age) beynəlxalq festivalı keçirilmişdir. Bu tədbirdə Azərbaycanın “Flame” (Alov) komandasının nümayəndələri də iştirak ediblər. Bu rəngarəng tədbir çərçivəsində yarış iştirakçıları üçün müxtəlif növlər üzrə ustad dərsləri keçirilib: “aquagym”, aerobika, “baçata”, “salsa”, bədii gimnastika, akrobatika, “zumba”. Ümumilikdə festivalda 18 ölkə iştirak edib. Azərbaycanla yanaşı, Slovakiya, İsveçrə, Sloveniya, Portuqaliya, Norveç, Litva, Latviya, Yaponiya, İtaliya, İslandiya, Yunanıstan, Almaniya, Fransa, Finlandiya, Estoniya, Danimarka, Çexiya və Bolqarıstan komandaları çıxışlar nümayiş etdirib. Birinci və ikinci çıxışların nəticələrinə əsasən, Azərbaycan komandası Qala gecəsində iştirak etmək hüququ qazanıb. Bundan əlavə, “Alov” komandasının üzvləri iştiraka görə mükafatla təltif ediliblər. “Gimnastika hamı üçün” idman növü Azərbaycanda son illərdə inkişaf etməyə başlasa da, artıq bütün yaş qrupları arasında çox populyardır. Azərbaycan nümayəndələrini Bolqarıstandakı uğurlu çıxışlarına görə təbrik edirik.