İdman

gimnastikadan

başlayır

“Rome cup”-da uğurlu çıxışlar başa çatıb

16 iyul 2023

“Rome cup”-da uğurlu çıxışlar başa çatıb

İyulun 14-də İtaliyanın Roma şəhərində bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib. Yarışda ölkəmizi “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir. Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır. Gimnastlarımızdan Maya Kozaçuk (gürzlər, top, çoxnövçülük), Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar. Sevindirici haldır ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub. Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc, Dəniz Əsgərova lentlə gümüş, halqa ilə bürünc medala sahib çıxıb.  Komandanın üzvləri Leyla Əliyeva gürzlərlə hərəkətlərin icrasında gümüş, Mələk Mahmudlu isə bürünc medal əldə edib. Ümumilikdə gimnastlarımızın bu yarışdan qazancı 15 qızıl, 2 gümüş və 3 bürünc medal olub.