İdman

gimnastikadan

başlayır

İTALİYADAN GÜMÜŞ VƏ BÜRÜNC MEDALLARLA

23 iyun 2008

İTALİYADAN GÜMÜŞ VƏ BÜRÜNC MEDALLARLA

Azərbaycan gimnastı Anna Qurbanova İtaliyanın Prato şəhərində keçirilən “Trofeo Kariprato” beynəlxalq turnirin gümüş medalçısı oldu.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, çoxnövçülükdə Rusiya gimnastı Darya Kondakovanı qabaqlayaraq xalça sahibi Culyetta Kantaluppidən sonra ikinci yerə layiq görülmüşdür.

Yuniorlar arasında keçirilən turnirdə Səidə Abdullayeva mütləq hesabda 5-ci yerdə qərarlaşmışdır. Rusiya, İtaliya, Bolqarıstan və Macarıstan gimnastları bütün dörd alətlərlə çıxışlarını ondan yaxşı nümayiş etdirmişlər. Buna baxmayaraq, yuniorumuzun topladığı xallar Qurbanovanın xalları ilə birgə komanda hesabında 3-cü yer tutaraq bürünc medal qazanmalarına gətirib çıxartdı.

- “Trofeo Kariprato” - mənim ən sevimli turnirlərimdən biridir, - deyə Qurbanova bildirdi. Burada gimnastı başa düşən çox gözəl tamaşaçılar var. Odur ki, mən öz çıxışımdan razıyam. Yunior gimnastın çıxışından razıyammı? Əlbəttə, Səidəyə görə sevinirəm. O, iki axırıncı hərəkətlərdə özünü toplayaraq öz gücünü göstərdi. Düzdür, onun hələ o qədər də böyük təcrübəsi yoxdur, amma zaman keçdikdə hər şey öz qaydasına düşəcək.

Bu sözləri Qurbanova artıq milli komandanın digər üzvlərinin (Aliyə Qarayeva, Dinarə Gimatova və Zeynəb Cavadlı) Olimpiya Oyunlarına hazırlaşdığı Xorvatiyada olarkən söyləmişdir. Məşqçilər qərargahının verdiyi məlumata əsasən, iyul ayının yarısınadək elə bir əhəmiyyətli turnir gözlənilmir, ona görə Olimpiadaya plan üzrə hazırlıq olacaq. Təlim-məşq toplanışlarının sonuna yaxın gimnastlarımız MDB-in iki ölkəsində keçiriləcək Dünya kubokunun olimpiyaqabağı iki sonuncu mərhələlərində çıxış edəcəklər. İlk olaraq gimnastları 19-20 iyul tarixlərində Qazaxıstanın Astana şəhəri qəbul edəcək, bir həftədən sonra isə idmançılar Rusiyanın İrkutsk şəhərinə yollanacaqlar.