İdman

gimnastikadan

başlayır

“Turin Acro Cup”-da fəxri kürsüdə

11 iyul 2023

“Turin Acro Cup”-da fəxri kürsüdə

İyulun 7-dən 9-dək İtaliyanın Turin şəhərində “Turin Acro Cup” beynəlxalq turniri keçirilib.  Yarışda ölkəmizi akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu təmsil edib.  Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət təcrübəli qarışıq cütlüyümüz hər kəsi heyran qoymağı bacarıb. Avropa çempionatının gümüş və bürünc mükafatçıları çoxnövçülük proqramında qızıl medal qazanmaqla yanaşı, təşkilatçılar tərəfindən xüsusi medala layiq görülüblər.  Bu medal onlara qarışıq və temp hərəkətləri proqramında çətinlik və ən yüksək icra xalına görə təqdim edilib.  Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupumuz komandamızın aktivinə daha bir medal əlavə edib. Belə ki, təmsilçilərimiz çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsində yer alıblar.