20 dekabr 2022
Dekabrın 20-də Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri (AGF) Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” Uşaq Sığınacağında olublar.
Görüşdə AGF-ın əməkdaşları ilə birlikdə bədii gimnastika üzrə yığma komandanın üzvləri Mədinə Dəmirova, Alina Məmmədova, Leyli Ağazadə, Kamilla Seyidzadə eləcə də, idman gimnastikası üzrə təmsilçilərimiz Rəsul Əhmədzadə, Aydın Əlizadə iştirak edib.
Gimnastlarla görüş uşaqlara bayram sevinci yaşadıb. Federasiya nümayəndələri və gimnastlar uşaq sığınacağının balaca sakinləri ilə söhbət edib, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik ediblər.
Gimnastlarımız balacalara yeni il hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, bu aksiya gimnastlarımızın təşəbbüsü ilə artıq bir ənənəyə çevrilib.