İdman

gimnastikadan

başlayır

“Winter Fairytale” beynəlxalq turniri başa çatdı

07 dekabr 2025

“Winter Fairytale” beynəlxalq turniri başa çatdı

6 və 7 dekabr tarixlərində Milli Gimnastika Arenasında qış mövsümünün sehrini əks etdirən “Winter Fairytale” beynəlxalq turniri keçirilib. Yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastı bir araya gələrək arenada öz istedadlarını nümayiş etdiriblər. Fərqli ölkələrdən gələn gənc idmançıların iştirakı turnirə həm rəng qatıb, həm də rəqabəti daha da artırıb.

Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış edərək yaradıcılıqlarını və texniki bacarıqlarını sərgiləyiblər. Zərif və ahəngdar hərəkətləri, eləcə də parlaq emosiyaları ilə onlar arenaya qış nağılını xatırladan füsunkar bir ab-hava gətiriblər. Yarış boyunca hiss olunan rəqabət və həyəcan çıxışları daha da maraqlı və dinamik edib. Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıb.

Turnirin son günü isə xüsusi bir hadisə ilə yadda qalıb. İsrailin məşhur bədii gimnastı, Olimpiya çempionu Linoy Aşram turnir iştirakçıları üçün ustad dərsi keçib. Dünya gimnastikasının ən parlaq adlarından biri olan Linoy dərs zamanı gənc gimnastlarla öz idman yolu, nailiyyətləri və bu yolda qarşılaşdığı çətinliklər barədə danışıb. Daha sonra praktiki məşq hissəsinə keçərək idmançılara yeni texniki nüanslarelementlərin icrasını öyrədib. Gənc gimnastların böyük maraqla izlədiyi bu ustad dərsi turnirə xüsusi rəng qatıb və iştirakçılar üçün unudulmaz bir təcrübəyə çevrilib.

Turnirdə iştirak edən bütün gimnastları təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq!