İdman

gimnastikadan

başlayır

“Zəfər” beynəlxalq idman nailiyyətləri mükafatları təqdim edilib 

26 yanvar 2023

“Zəfər” beynəlxalq idman nailiyyətləri mükafatları təqdim edilib 

Yanvarın 26-da “Sportsman" jurnalının "Zəfər" 2022 Beynəlxalq İdman Nailiyyətləri Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Tədbirdə idman rəsmiləri, dünya, Avropa çempionları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb. 
Azərbaycan Gimnastika Federasiyası “İlin idman federasiyası”, bədii gimnastika üzrə yığma komandanın məşqçisi Siyana Vasileva “İlin məşqçisi” nominasiyası üzrə “Zəfər” 2022 mükafatına layiq görülüb. 
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, nominantlara mükafatlar və hədiyyələr təqdim edilib.