İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblər müəyyənləşdi

30 iyun 2018

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblər müəyyənləşdi

Milli Gimnastika Arenasında 29-30 iyun tarixlərində baş tutan kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı öz işinə yekun vurub.

İki gün davam edən turnirdə idmançılar Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu, Neftçi İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi,  Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil ediblər.

Turnirdə təcrübəli idmançıların icra etdiyi yeni elementlərlə yanaşı, daha az yaşlı gimnastların çıxışları da hər kəs tərəfindən maraqla qarşılanıb.

Yarışların sonunda kişi gimnastları - balalar, kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, qadın idman gimnastları isə - uşaqlar, balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mükafatlandırılıblar. 

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/171 əldə edə bilərsiniz.