İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız Dünya kubokunda iştirak ediblər 

01 mart 2023

İdman gimnastlarımız Dünya kubokunda iştirak ediblər 

Digər idman növlərində olduğu kimi, idman gimnastikası üzrə də beynəlxalq yarışlar mövsümünə start verilib. Təmsilçilərimizin iştirak etdiyi ilk beynəlxalq yarış 21-27 fevral tarixlərində Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kuboku olub. 
Yarışda ölkəmizi yığma komandamızın üzvləri Nikita Simonov, İvan Tixonov, Samirə Qəhrəmanova, Nazənin Teymurova təmsil ediblər. 
İdmançılarımızdan kişilər arasında ən yaxşı nəticəni halqalar ilə hərəkətlərin icrasında Nikita Simonov göstərib. Belə ki təmsilçimiz 10-cu pillədə qərarlaşıb. Millimizin digər üzvü İvan Tixonov paralel qollarda 19-cu olub. 
İlk dəfə böyüklər arasında qüvvəsini sınayan Nazənin Teymurova qadınlar arasında sərbəst hərəkətlərdə  11-ci nəticəni göstərib. 
Xatırladaq ki, gənc idmançımız ötən il gimnastika tariximizdə ilk dəfə qadınlar arasında Avropa Gənclər Yay Olimpiya Festivalında və Avropa çempionatında final mərhələsinə vəsiqə qazanmışdı.