İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız Dünya kubokunda iştirak edib 

12 oktyabr 2022

İdman gimnastlarımız Dünya kubokunda iştirak edib 

Oktyabrın sonu noyabrın əvvəlində Böyük Britaniyada keçiriləcək dünya çempionatı öncəsi kişi və qadın idman gimnastları “Challenge” seriyasına aid Dünya kubokunda qüvvələrini sınayıblar. 
Türkiyənin Mersin şəhərində keçirilən yarışda ölkəmizi yığma komandanın üzvləri kişilər arasında İvan Tixonov, qadınlar arasında Milana Minakovskaya və Samirə Qəhrəmanova təmsil edib.  
Yarışda ən yaxşı nəticəni Samirə Qəhrəmanova göstərərək gimnastika tirində 13-cü olub. Digər qadın gimnastımız Milana Minakovskaya müxtəlif hündürlüklü qollarda 15-ci, gimnastika tirində isə 19-cu pillədə qərarlaşıb.
Millimizin üzvü İvan Tixonov turnikdə 17-ci, sərbəst hərəkətlərin icrasında isə 23-cü olub.