İdman
gimnastikadan
başlayır
28 fevral 2026
28 fevral tarixində Milli Gimnastika Arenasında keçirilən kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə 10-cu açıq Bakı birinciliyi uğurla başa çatıb. Birincilikdə ölkənin müxtəlif klublarını – “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubunun Sumqayıt bölməsi, Sumqayıt OİK-i təmsil edən gimnastlar iştirak ediblər. Yarışda idmançılar kiçiklər (2016–2017), balacalar (2018–2019), uşaqlar (2014-2015), yeniyetmələr (2013–2014) və gənclər (2009–2011) yaş kateqoriyaları üzrə çıxış ediblər.
Gimnastlar fərdi çoxnövçülük proqramı üzrə bacarıqlarını nümayiş etdiriblər, ayrı-ayrı alətlərdə - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər üzrə çıxış edərək qələbə uğrunda mübarizə aparıblar.
Yarışın sonunda hər yaş kateqoriyası və proqram üzrə ən yüksək nəticə göstərən gimnastlar müəyyənləşdirilərək mükafatlandırılıblar. Bakı birinciliyi gənc gimnastların inkişafı, yarış təcrübəsinin artırılması və ölkə gimnastikasının ümumi səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.