İdman

gimnastikadan

başlayır

İdman gimnastlarının Kluj səfəri başa çatdı

23 aprel 2017

İdman gimnastlarının Kluj səfəri başa çatdı

Aprel ayının 19-23-ü tarixlərində Rumıniyanın Kluj şəhərində idman gimnastikası üzrə Avropa Çempionatı baş tutub.

Bu çempionatda ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev və Bense Talas təmsil edib. İlk dəfə bu qəbildən olan turnirdə çıxış edən Murad və Bense çoxnövçülükdə müvafiq olaraq 48 və 41-ci yerlərdə qərarlaşıblar.

Qadın idman gimnastikasına gəldikdə isə komandamızın lideri Marina Nekrasova zədəli olduğu üçün yarışlara qatılmayıb. Digər gimnastlarımız Yuliya İnşına və Yekaterina Tişkova isə çoxnövçülükdə müvafiq olaraq 52 və 55-ci  yerlə kifayətləniblər. 

Bu çempionat ölkəmiz üçün önəmli məqamı ilə yadda qalıb. Belə ki, ilk dəfə olaraq Avropa Çempionatı kimi irimiqyaslı yarışda xalların hesablanması və video-nəzarət sistemi məhz Azərbaycanın innovativ brendi “SmartScoring” tərəfindən həyata keçirilib.