İdman

gimnastikadan

başlayır

İdman gimnastlarının milli mübarizəsi yekunlaşdı

17 dekabr 2025

İdman gimnastlarının milli mübarizəsi yekunlaşdı

16 və 17 dekabr tarixlərində Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə isə 9-cu ölkə çempionatı və Bakı birinciliyi uğurla keçirilib. Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda ölkənin müxtəlif klublarını təmsil edən gimnastlar iştirak ediblər.

Yarışda idmançılar uşaqlar (2014), kiçiklər (2015–2016), balacalar (2017–2018), yeniyetmələr (2011–2012), gənclər (2008–2009–2010) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış ediblər.

Yarışın birinci günündə gimnastlar fərdi çoxnövçülük proqramı üzrə bacarıqlarını nümayiş etdiriblər. İkinci gün isə iştirakçılar ayrı-ayrı alətlərdə - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər üzrə çıxış edərək mübarizəni davam etdiriblər.

Yarışın sonunda hər yaş kateqoriyası və proqram üzrə ən yüksək nəticə göstərən gimnastlar müəyyənləşdirilərək mükafatlandırılıblar. Çempionat və Bakı birinciliyi gənc gimnastların inkişafı, yarış təcrübəsinin artırılması və ölkə gimnastikasının ümumi səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Yarışın nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: