İdman

gimnastikadan

başlayır

İdman gimnastlarının milli mübarizəsi başa çatdı

01 mart 2025

İdman gimnastlarının milli mübarizəsi başa çatdı

“Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu Bakı çempionatı və ölkə birinciliyi” uğurla başa çatdı. İki gün davam edən yarışda müxtəlif yaş kateqoriyaları üzrə gimnastlar birincilik uğrunda mübarizə apardılar.

Yarışda “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İOEUGGMPHŞ, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idmançıları öz bacarıqlarını nümayiş etdirdilər.
Qadın idman gimnastikasında - balacalar (2016-2017-ci il təvəllüdlülər), uşaqlar (2014-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər), gənclər (2010-2011-ci il təvəllüdlülər), böyüklər (2009-cu il təvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında kiçiklər (2017-2018-ci il təvəllüdlülər), balacalar (2015-2016-cı il təvəllüdlülər), uşaqlar (2013-2014-cü il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər), böyüklər (2007-ci il təvəllüdlülər və daha böyüklər) yaş kateqoriyaları üzrə gimnastlar öz performanslarını sərgilədilər.

Yarışın birinci günündə idmançılar fərdi çoxnövçülük üzrə, ikinci günündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlar nümayiş etdirdilər.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırıldı.

Qalib olan gimnastlarımızı təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!