İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Azərbaycan idmançılarının sentyabr ayı üçün reytinq cədvəlində ilk üçlükdə yer alıblar 

06 sentyabr 2022

Gimnastlarımız Azərbaycan idmançılarının sentyabr ayı üçün reytinq cədvəlində ilk üçlükdə yer alıblar 

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.  
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. 
Ümumilikdə 162 pillədən ibarət reytinq sıralamasının 12 pilləsində gimnastlarımız yer alıblar. Sevindirici haldır ki, təmsilçilərimiz bu dəfə də liderliyi əldən verməyiblər. Belə ki, reytinq cədvəlinin ilk üçlüyündə məhz gimnastlarımız qərarlaşıblar. 
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası 605 xalla 1-ci, gimnastımız Zöhrə Ağamirova 535 xalla 2-ci, idman gimnastikası üzrə təmsilçimiz İvan Tixonov 380 xalla üçüncü pillədə yer alıb. Daha bir idman gimnastımız Nikita Simonov isə 275 xalla 5-ci olub. 
Azərbaycan idmançılarının 2022-ci ilin sentyabr ayına olan reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

 edit-reytinq_sentyabr_2022_qisa.pdf (YÜKLƏ)

Azərbaycan idmançılarının 2022-ci ilin sentyabr ayına olan ətraflı (yarışlar və qazanılmış xallarla) reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

 reytinq_sentyabr_2022_genish.pdf (YÜKLƏ)

Növlər üzrə reytinq hesablanma cədvəllərinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

reytinq_xal_hesablama_cdvli.pdf (YÜKLƏ)